“Ölüm bundan yaxşı idi” - Açıqlama

olum-bundan-yaxsi-idi-aciqlama-
Oxunma sayı: 659




“Futboldakı məğlubiyyətlərin günahı heç də AFFA-da deyil. Azərbaycan futbolçuları biraz pullaşan kimi qaçıb özlərinə bahalı maşın alırlar, dəbdəbəli həyat sürürlər. Ancaq peşəkar idmançı yalnız karyerasını bitirəndən sonra belə şeylər haqqında düşünməlidir. Axşam vurduğumuz yeganə qolu da “Qarabağ”ın komandada olan futbolçuları sayəsində qazandıq. Dünənki oyun haqqında yalnız bir sözü demək olar. Ölüm bundan yaxşı idi”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev dünən baş tutan Avstriya-Azərbaycan oyununun nəticələrini şərh edərkən bildirib. Millət vəkili dünən bizə üçqat zərbə dəydiyini deyib. Onun sözlərinə görə, birinci zərbə Azərbaycan millisinin biabırçı məğlubiyyəti, ikinci zərbə Türkiyənin uduzması, üçüncü zərbə isə Ermənistanın qələbə qazanaraq seçmə mərhələyə adlaması olub.

A. Əliyev Azərbaycanın futbolda böyük uğur qaza bilməməsinin bir neçə səbəbini də açıqlayıb: “Bu oyundan sonra baş məşqçi məsələsi yenidən gündəmə gələcək. Ancaq Foqts yox, Azərbaycan yığmasına sehrbaz da baş məşqçi gətirilsə mümkün deyil. Baş məşqçinin kimlyi və hansı millətdən olmasının önəmi yoxdur. Bizdə məğlubiyyətin bir neçə özəl səbəbi var. İlk növbədə işləməyə gələn baş məşqçi federasiyanın köləsinə çevrilməməlidir. Bu şəxsin federasiya qarşısında tələbləri, standartları olmalıdır. Həmin tələblərin yerinə yetirilməsinə nail olmalıdır. Yoxsa, gəlib kiminsə tapşırığı və ya sifarişi ilə oyuna futbolçu buraxacaqsa, onda heç nə qazana bilməyəcək. Düşünürəm ki, qısaca bir neçə cümə ilə ifadə etdiyim səbəblər haqqında ciddi düşünməyə dəyər. Biz nə istəyirik? Əlbəttə ki, uğur. Bu qədər şəraitin, imkanın qarşısında niyə dünya arenasına çıxmamalıyıq? Yəni sadaladığım bu bir iki ciddi səbəbi aradan qaldırmaq o qədərmi çətin işdir? Hər kəs addım atanda Azərbaycanın adını, onun güclənməsini düşünsə heç vaxt belə axmaq situasiyalara düşmərik. Dünən artıq seçmə mərhələyə düşən Ermənistanın heç nəyi yoxdur, amma qələbə qanadlar. Bir şeyi ki, biz edə bilərik, bu bizim əlimizdədir, niyə məsəlin düyünə salmalıyıq axı? Yenə də deyirəm ki, baş məşqçinin kim olacağından asılı olmayaraq ona işləmək üçün şərait yaradılmalıdır, heç bir maneə törədilməməlidir. Bunu etsinlər, uğuru da görəcəklər...”