“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, tüfeyli həyat tərzi keçirən 1970-ci il təvəllüdlü Rafiq Ağayevin meyiti yaşayış binalarının yanında yerləşən meydançada aşkar edilib. Onun bədənində kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. Araşdırma zamanı hadisəni qətlə yetirilən şəxsin tanışı, 1970-ci il təvəllüdlü Vladimir Kopeykin tərəfindən törədildiyi müəyyən edilib. Prokuror köməkçisi Mirfariz Seyidəliyevin sözlərinə görə, qatil qətli törətdikdən sonra hadisə yerindən qaçıb: "Hadisə yerindən qaçıb. Törətdiyi cinayəti etiraf edib".
Saxlanan Vladimir Kopeykin qətlin təfərrüatlarını açıqlayıb:
“Görüşdük, oturduq bağçada, başladıq içməyə. Sonra təkrar içki almağa görə mübahisəmiz yarandı. Ana-bacı söyüşləri söyürdü. Bıçaq ortada idi. Kim birinci götürsəydi, o biri öləcəkdi".
Vladimirin sözlərinə görə, tanışına cəmi bir bıçaq zərbəsi vurub. Sonra onu hadisə yerində qoyaraq qaçıb.
“Bıçağı götürdüm, bircə dəfə vurdum. Əvvəllər məhkum olmuşam, törətdiyim əmələ görə peşmanam. Bilmirəm sağ qala biləcəyəm, ya yox...”
Qeyd edək ki, qətlə yetirilən Rafiq Ağayev də əvvəllər məhkum olunub. Faktla bağlı araşdırmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər