“Bomj”u öldürən “bomj” şikayət etdi – - Cəzasını yüngülləşdirmək üçün

bomju-olduren-bomj-sikayet-etdi-
Oxunma sayı: 840


“Qafqazinfo”nun verdiyi xəbərə görə, 17 il müddətinə azadlıqdan məhrum edilən V. Naumov Hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə V. M. Naumovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl keçən il sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də baş verib. Həmin ünvanın qarşında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Vadim Naumov digər "bomj"u, Rauf Hacıyevi döyüb, sonra isə boğaraq öldürüb.

Murad Əhməd