Bakıda bir neçə gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib.
Aprelin 23-də Bülbül prospektində tüfeyli həyat tərzi keçirən 1978-ci il təvəllüdlü Cavadov Ruslan Çingiz oğlunun meyiti tapılıb. İlkin müayinə zamanı R.Cavadovun meyitinin üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, onu öldürənlər də “bomj”lar olub. Azad və Lətifə adlı şəxslər mübahisə zəmnində R.Cavadovun boğaz nahiyyəsindən vint açan ilə vuraraq qətlə yetiriblər.
Qeyd edək ki, qətlə yetirilən Ruslan Cavadov əvvəllər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilərək məhkumluq həyatı yaşayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər