“Ona görə mənim həyatım puç olub” - Reaksiya

ona-gore-menim-heyatim-puc-olub-reaksiya
Oxunma sayı: 1330





Bu bir çox saytlarda Azərbaycanı “Slavyan bazarı-2011”də təmsil etmiş Aynişan Quliyevanın “Facebook” sosial şəbəkəsindəki səhifəsində müsabiqədə çəkdirdiyi şəkillər səs-küyə səbəb olub. Belə ki, Azərbaycan həmin şəkillərdən bir neçəsində Aynişan Azərbaycan bayrağını tərs tutub. “Qafqazinfo” məsələ ilə bağlı Aynişanın anası, əməkdar artist Aybəniz Haşımova ilə əlaqə saxlayıb onun fikirlərini öyrənib. A. Haşımova isə burada qızına irad tutulacaq bir şey görmədiyini deyib və əlavə edib ki, mətbuatda bu haqda yazılan məlumatlar onu maraqlandırmır: “Mən xalqımın bayrağını həmişə ucaltmışam. Burada kimlərsə bizim haqqımızda nəsə axtarırsa tapa bilməyəcək. Azərbaycan bayrağını mənim və ailəm qədər kimsə sevə bilməz. O bayrağa görə mənim həyatım puç olub. İndi bizim haqqımızda yazanlar bayrağa hörmət etmək istəyirdilərsə, o zaman öz təmsilçilərini dəstəkləməli idilər. Həmin şəkilləri də mən özüm “Facebook”a qoymuşam. Əgər orada bayrağın tərs olduğunu düşünsəydim, heç o şəkilləri qoymazdım. Bayraq mənimdir, istəsəm ona bürünərəm, istəsəm ürəyimə qoyaram. Aynişan orada bayrağı çiyninə atıb. Bayraq dirəyində olarkən tərs və ya düz ola bilər. Burada kriminal heç nə yoxdur. Digər tərəfdən isə həmin şəkillər səhnədə çəkilməyib ki? Aynişan həmin şəkilləri öz dostları ilə otaqda çəkdirib”.

A.Haşımova fikirlərinin bu cümlə ilə yekunlaşdırıb: “Əsas odur ki, Aynişan əlində başqa ölkənin bayrağını yox, öz bayrağımızı tutub”.