BoneyM qrupunun konserti baş tutdu

boneym-qrupunun-konserti-bas-tutdu
Oxunma sayı: 1521


“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin xatirəsinə Həsr Olunmuş Atçılıq İdmanının Konkur Növü Üzrə CSI3 kateqoriyalı Beynəlxalq Turnirində 25-ə yaxın idmançı və 65-ə yaxın at iştirak edib.

Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarəti ilə 168000 ABŞ dollarını Azərbaycan çaparı Camal Rəhimov qazandı.Ona bu mükafatl qazandlran isə Devid adlı at oldu.

Final günü keçirilən turnirdə fasilə zamanı Ada rok qrupu, sonda isə məşhur BoneyM çıxış edib.

ARAF-ın təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində çıxış edən əfsanəvi qrupun çıxışı tamaşaçıların böyük rəğbətinə səbəb olub.

Liz Mitchel az yaşlı uşaqları səhnəyə dəvət edib, onlarla ilə birgə rəqs edib.

Qrupun bir çox üzləri yenilənsə də, zaman-zaman biri digərini əvəz etsə də

BoneyM öz əfasanəvi adını qoruya bilib. Heç bir dəyişiklik qrupun adına xələl gətirmədi.

Qrupun aparıcı üzvü 62 yaşlı Liz Mitcheldən bunun səbəbini sorduqda, cavabı çox sadə oldu : “Tamaşaçı sevgisi. Çünki onların sevgisi olmasa, biz də ola bilmırik. Bizə stimul verən onların alqışlarıdır. Bizimlə birgə rəqs etmələri,bizimlə birgə oxumalarıdır”.

Nəzərinizə çatdırq ki, üç gün keçirilən bu möhtəşəm tədbirin bədii rəhbəri respublikanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir. Gövhər xanım həmçınin Atçılıq Federasiyasının üzvüdür. Federasiya ilə əlaqədar bütün tədbirlərin ədəbi-bədii hissəsinin təşkilatçılığı Gövhər xanıma aiddir.