Bonilla “Zirə”də -

bonilla-zirede-
Oxunma sayı: 901


“Qafqazinfo” xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb. 24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb.

 Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidi. 

O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.

“Qafqazinfo”