"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonillaya komandanı tərk edib.
"Qafqazinfo" xəbər verir ki, 25 yaşlı forvard üçün sərfəli təklif alan "Zirə" onu buraxmağa qərar verib. Fubolçu özü də başqa klubda oynamaq niyyətindədir.
Qeyd edək ki, Nelson Bonillanın yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.
Onu da bildirək ki, "Zirə" mövsüm başa çatdıqdan sonra Nicat Qurbanov ("Kəpəz"), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı "Qəbələ": icarə müddəti başa çatıb), Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez (Tato) kimi futbolçularla yollarını ayırıb.
Son xəbərlər
Son Xəbərlər