Onlar Azərbaycan çempionu oldu – Yeddinci dəfə

onlar-azerbaycan-cempionu-oldu-yeddinci-defe
Oxunma sayı: 636

Son oyun günündə 4 qarşılaşma baş tutub. İkinci altılığın son oyununda AZAL “Simurq”u qəbul edib. Bu görüş sülhlə bitib. Günün daha maraqla gözlənilən qarşılaşmaları iddialılar arasında keçirilib. “Qəbələ” ilə “Bakı” üz-üzə gəlib ki, bölgə təmsilçisi doğma meydanda 4 cavabsız qolla qələbə qazanıb. “Neftçi” isə “Qarabağ”ı məğlub etməklə çempionluq yolunda önəmli addım atıb. “İnter” isə “Xəzər Lənkəran”la qarşılaşıb. Bu görüş heç-heçə başa çatıb. Nəticədə hər iki komanda çempionluğa şanslarını itirib və "Neftçi" sona iki tur qalmış növbəti dəfə Azərbaycan çempionu adını qazanıb.