Boqdanoviç dünyasını dəyişdi

boqdanovic-dunyasini-deyisdi
Oxunma sayı: 2219

Dünya şöhrətli amerikalı rejissor, aktyor və prodüser Piter Boqdanoviç dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 82 yaşlı sənətçi Los-Ancelesdəki evində vəfat edib. Ailəsi onun təbii səbəblərdən öldüyünü bildirib. Məlumata görə, Boqdanoviç təcili yardım gələnədək keçinib. 

Qeyd edək ki, əfsanəvi “The Sopranos” serialındakı Elliot Kupferberq rolu ilə xatırlanan Boqdanoviç “The Last Picture Show”, “Paper Moon”, “What's Up, Doc?”, “Mask” filmlərinin rejissorudur.