Borca düşən aktrisa - Villasını satdı

borca-dusen-aktrisa-
Oxunma sayı: 3323

Məşhur aktrisa Türkan Şoray borclarını ödəmək üçün villasını satıb.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın rejissorluq etdiyi "Uzaklarda arama" filmi böyük uğur qazanmayıb, kino ulduzu ekran işinin çəkilişi üçün maddi ziyana düşüb. 

T. Şorayın sözügedən malikanəni 10, 5 milyon dollara satdığı qeyd edilib. 

Türkiyə mətbuatı yazır ki, aktrisa 6 milyon dollara yeni ev alıb, pulun qalan hissəsi ilə borclarını bağlayıb. 

"Yeşilcam" ulduzu yayılan xəbərləri təsdiqləyib, lakin bu barədə danışmaq istəməyib:

"Evimlə əlaqədar gündəmə gəlmək istəmirəm. Bu, mənim şəxsi işimdir".

Aktrisanın qızı Yağmur Ünal isə başqa evə köçmək üçün bu addımı atdıqlarını söyləyib:

"Biz evi uzun illərdir ki, dəyişmək istəyirdik. Ev çox böyükdür və lifti yoxdur. Lifti olan bir ev axtarırıq".