Borca görə 8 nəfər tutuldu

borca-gore-8-nefer-tutuldu
Oxunma sayı: 1532

Yanvarın 28-dən 29-dək 21 cinayətin üstü “isti izlər”lə açılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, bir gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 4 yol qəzası baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.