Borca görə həmkəndlisini bıçaqladı

borca-gore-hemkendlisini-bicaqladi
Oxunma sayı: 1617

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayonun Aşıqlı kənd sakini, 1996-cı il təvəllüdlü Elnur Qurbanzadə həmkəndlisi 1983-cü il təvəllüdlü Taleh İsmayılovu qolundan və budundan bıçaqlayıb. Məlumata görə, hadisə borc üstündə baş verib. 

Faktla bağlı araşdırma aparılır.