Borca görə özünü asan iş adamı kimdir?

borca-gore-ozunu-asan-is-adami-kimdir
Oxunma sayı: 647

Noyabrın 21-də Bakı şəhərinin Nizami rayonunda intihar hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bəhruz Nuriyev küçəsi ev 10A, mənzil 40 ünvanında yaşayan, Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədov Ehsan Aydın oğlu özünü asıb. Hadisə yerinə gələn əməliyyatçılar və prokurorluq əməkdaşları onun cibindən aviabilet aşkarlayıb. Məlum olub ki, E.Məmmədov bu gün Ukraynaya səfər edəcəkmiş.

Araşdırmalar nəticəsində məlum olub ki, intihar etmiş 56 yaşlı kişi iş adamıdır. Onun Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində bir neçə obyekti olub və taxta-şalban alveri ilə məşğul imiş. Bir neçə gün əvvəl E.Məmmədov adı hələlik məlum olmayan şəxslərdən külli miqdarda borc pul alaraq, Ukraynaya göndərib.

Məqsəd isə Azərbaycana vaqonlarla taxta-şalban gətirmək olub. Lakin pulu aparan şəxslər E.Məmmədovun etibarından sui-istifadə edərək malı göndərməyiblər və bir neçə yüz min dollarlıq vəsaiti mənimsəyiblər. İş adamı da məsələni həll etmək məqsədi ilə Ukraynaya yola düşməyə hazırlaşırmış.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.