Borca görə özünü asdı

borca-gore-ozunu-asdi
Oxunma sayı: 3466

Şirvan şəhərində intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyitini onun həyat yoldaşı tapıb.

Məlumata görə, S.Ağayevin intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib.
Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş.

Faktla bağlı Qardağ rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.