Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin məhkəməsi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 16-da davam etdiriləcək.
2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində Ə.Əlizadə mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayara öldürüb. Hadisənin iki şəxs arasındakı pul borcuna görə baş verdiyi bildirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər