Dünən Sumqayıt şəhərində borc üstündə qətl hadisəsi baş verib. .
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 30-da Sumqayıt şəhərinin Corat qəsəbəsində əvvəllər məhkum olunmuş Asif Xəlilovun evində baş verib. Onunla qonşusu Ramin Cəbrayılovun arasında pul borcu ilə əlaqədar münaqişə olub.
R.Cəbrayılov bıçaqla A.Xəlilova xəsarət yetirib, A.Xəlilov hadisə yerində ölüb. R.Cəbrayılov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər