Borcluların işığı kəsiləcək- - “Azərişıq”dan xəbərdarlıq

borclularin-isigi-kesilecek-
Oxunma sayı: 1051


“Qafqazinfo”nun ASC-nin mətbuat xidmətinə istinadən məlumatına görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından belə hallara yol vermiş şəxslər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun "Azərişıq" tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə edilmiş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

“Qafqazinfo”