Bordinin köməkçiləri bəlli oldu

bordinin-komekcileri-belli-oldu
Oxunma sayı: 1713

Yeni mövsümdə "Neftçi"yə rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.