Ordumuzun zabiti qəzanın qurbanı oldu - 3 ölü, 5 yaralı

ordumuzun-zabiti-qezanin-qurbani-oldu-3-olu-5-yarali
Oxunma sayı: 641

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə avqustun 14-ü saat 15:00 radələrində magistral yolun 76.5-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Bakı sakini, 1941-ci il təvəllüdlü Adıgözəlov Abdürrəhman Mehdi oğlunun idarə etdiyi 99 CX 604 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı minik maşını qarşı tərəfdən gələn, Şəki rayonunda qeydiyyatda olan və Yasamal rayonunda yaşayan, Müdafiə Nazirliyinin hərbçisi, 1972-ci il təvəllüdlü mayor Musayev Nizaməddin Ziyəddin oğlunun idarə etdiyi 10 HF 464 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində mayor Nizaməddin Musayev, sərnişinləri - 1940-cı il təvəllüdlü Talıbov Qürbət Talıb oğlu və 1941-ci il təvəllüdlü Talıbova Sürayə Hüseyn qızı dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü A. Adıgözəlov, onun oğlu, 1985-ci il təvəllüdlü Vüqar Adıgözəlov, gəlini 1987-ci il təvəllüdlü Könül Adıgözəlova, nəvələri - 2 yaşlı Gülyaz və bir yaşlı Nərmin Adıgözəlova ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.