Boris Conson etimad səsverməsində qalib gəldi - Yenilənib

boris-conson-etimad-sesvermesinde-qalib-geldi
Oxunma sayı: 2447

Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, səsvermədən əvvəl Conson 18:00-da qapalı iclasda partiyasının deputatlarına müraciət edib.

Saat 20:00-22:00 arasında keçiriləcək səsvermənin nəticəsi 23:00-da açıqlanacaq. Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Onun vəzifədə qalması üçün azı 180 səs lazımdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.

***

Boris Conson etimad səsverməsində qalib gəlib. Onun vəzifədə qalmasına 211 nəfər səs verib. Əleyhinə olanların sayı isə 148 olub.