Boris Conson evə buraxıldı

boris-conson-eve-buraxildi
Oxunma sayı: 1812

Böyük Britaniyanın Baş Naziri Boris Conson xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi mənbələri məlumat yayıb. Koronavirusdan müalicə olunan nazir şəhərətrafındakı iqamətgahına aparılıb. Consonun tezliklə işinin başına qayıtmayacağı, bir müddət dincələcəyi bildirilib.

Xatırladaq ki, martın 27-də koronavirusa yoluxan Boris Conson aprelin 6-da reanimasiyaya yerləşdirilib. O, 3 gün sonra isə palataya köçürülmüşdü.