Boris Conson işə qayıtdı

boris-conson-ise-qayitdi
Oxunma sayı: 770

İngiltərənin Baş Naziri Boris Conson koronavirus müalicəsindən 22 gün sonra yenidən vəzifə başına qayıdıb.

“Qafqazinfo” İngiltərə mətbuatına istinadən xəbər verir ki, dünən gecə Dauninq-strit 10 ünvanındakı iqamətgahına qayıdan Conson bu gün videokonfrans vasitəsilə keçiriləcək Nazirlər Şurasının iclasına rəhbərlik edəcək. Baş Nazirin gündəlik mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, “Telegraph” qəzetinin məlumatına görə, Conson bu həftə məhdudiyyətlərin necə azaldılacağına dair planlarını açıqlaya bilər.

Qeyd edək ki, martın 27-də koronavirus testi pozitiv çıxan Conson karantinə götürülmüş, simptomları ağırlaşdığından isə aprelin 5-dən reanimasiyaya yerləşdirilmişdi. Aprelin 9-da reanimasiyadan çıxan Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirib.