Boris Conson istefa verdi

boris-conson-istefa-verdi
Oxunma sayı: 1762

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson istefa verib.

"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, bu barədə "BBC"nin jurnalisti baş nazir Tereza Meyə istinadən Tvitterdə yazıb:

"Bu gün baş nazir Tereza Mey xarici işlər naziri Boris Consonun vəzifəsindən getməsi iə bağlı ərizəsini qəbul edib. Onun yerinə təyinat yaxın vaxtlarda bilinəcək".

İddialara görə, Conson "Brexit" sazişinə görə istefaya gedib. Belə ki, daha əvvəl KİV-də Tereza Meyin ölkənin Avropa İttifaqından çıxması planını qəbul etməyəcəyi halda, xarici işlər nazirini vəzifəsindən kənarlaşdıracağı yazılmışdı.