Boris Conson istefa verməyəcək

boris-conson-istefa-vermeyecek
Oxunma sayı: 1962

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusla bağlı məhdudiyyətlər zamanı şənliklər barədə hesabatın yayımlanmasından sonra istefa verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Eyni zamanda, B. Conson bu məsələ ilə bağlı kimisə işindən azad etməkdən də imtina edib.

O, həmçinin pandemiya dövründə şənliklərdə iştirak etdiyinə görə üzr istəyib və baş tutan tədbirlərə görə məsuliyyəti öz üzərinə götürüb.