Boris Conson istefasının səbəbini açıqladı

boris-conson-istefasinin-sebebini-aciqladi
Oxunma sayı: 1849

Bu gün istefaya gedən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bununla bağlı ilk açıqlamasını verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş nazir bəyanatında bu qərarı hökumətin Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə "Brexit" sazişinə görə qəbul etdiyini deyib:

"Bu qərar xalqın bütün ümidlərini puç edəcək və onun imkanlarını məhdudlaşdıracaq. Ölkə hazırda koloniya statusuna doğru irəliləyir". 

Conson, həmçinin, ölkənin qeyri-qanuni miqrantlarla bağlı üzərinə götürdüyü öhdəliklərdən narahatlığını da ifadə edib.