Boris Conson məhkəməyə çağırıldı

boris-conson-mehkemeye-cagirildi
Oxunma sayı: 885

Böyük Britaniyanın sabiq Xarici İşlər naziri, baş nazir postuna namizədliyi irəli sürülən Boris Conson  məhkəməyə çağırılıb.

“Qafqazinfo”nun “Sky News” portalına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi onun 2016-cı ildə “Brexit” üzrə keçirilən referendum ərəfəsində səsləndirdiyi fikirlər göstərilir.

Consondan Vestminster Magistratlar Məhkəməsinə şikayət edən biznesmen Markus Bolldur. O, ifadəsində bildirib ki, eks-nazir İngiltərənin Avropa İttifaqı üzvlüyündən çıxmaqla həftəlik 350 milyon funt sterlinq vəsaitə qənaət edəcəyi barədə fikirlər ifadə edərək əhalidə çaşqınlıq yaradıb, çünki Britaniya Aİ-yə heç vaxt bu qədər vəsait ödəməyib.

Consonun vəkilləri açıqlama yayaraq qeyd ediblər ki, siyasətçi dediyi fikirlərdə heç bir yanlışlıq görmür.