Boris Conson NATO-nun təcili iclasının keçirilməsini istəyir

boris-conson-nato-nun-tecili-iclasinin-kecirilmesini-isteyir
Oxunma sayı: 1279

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynadakı vəziyyətlə əlaqədar olaraq NATO-nun təcili iclasını keçirməklə bağlı çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Conson öz rəsmi tviter hesabında paylaşıb.

O bildirib ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı xalqa müraciət edəcək: “Mən, həmçinin G7 ölkələrinin liderləri ilə danışıqlar aparacam və mümkün olan tez bir zamanda NATO ölkələrinin liderlərinin təcili görüşünü keçirməyə çağırıram”.