Boris Conson Odessanın fəxri vətəndaşı oldu

boris-conson-odessanin-fexri-vetendasi-oldu
Oxunma sayı: 1466

“Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub”.

“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Odessa meri Qennadi Truxanov məlumat verib.  

“Biz Böyük Britaniyanın, eləcə də onun Baş nazirinin köməyini çox yüksək qiymətləndiririk. Ona görə də mən Boris Consonun Qriqori Marazlı adına I, II, III dərəcəli “Şərəf nişanı” ilə təltif edilməsi haqqında sərəncam imzaladım”, - deyə o bildirib.

Merin sözlərinə görə, Böyük Britaniya Ukraynanın əsas müttəfiqi və dostudur.