Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır

boris-conson-ukraynaya-sefer-etmeyi-planlasdirir
Oxunma sayı: 1429

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yaxın vaxtlarda Ukraynaya səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı anonim mənbələrə istinadən “The Guardian” qəzeti yayıb.

Səfər zamanı Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Ukraynalı mənbələr Consonun Kiyevə səfər etmək niyyətində olduğunu təsdiq etsələr də, səfərin dəqiq tarixi məlum deyil.

Zelenski və Consonun bir-birini dost hesab etdiyi vurğulanıb.

Xatırladaq ki, Conson Ukraynada müharibənin başlamasından bu yana Kiyevə 3 dəfə səfər edib.