Boris Consonun istefası tələb edilir

Boris Consonun istefası tələb edilir
Oxunma sayı: 1345

Böyük Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmerb və müxalif Şotlandiya Milli Partiyasının (SNP) parlament fraksiyasının lideri İen Blekford baş nazir Boris Consonu istefaya çağırıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Consonun pandemiya qaydalarını pozaraq Dauninq-stritdəki iqamətgahında əyləncə gecəsi təşkil etməsidir. 

Starmer "Daim qayda-qanunları pozmaqla, baş nazir hamımızı axmaq hesab etdi, insanların pandemiya zamanı fədakarlığına hörmətsizlik göstərdi, vəzifəyə uyğun olmadığını göstərdi" deyib. 

Blekford isə parlament etiketini pozaraq Consonu bir neçə dəfə yalan danışmaqda açıq şəkildə ittiham edib və İcmalar Palatasının sədri Lindsi Hoyl tərəfindən kürsüdən uzaqlaşdırılıb. 

Consona etimadın itirilməsini onun bir neçə partiya üzvü də dilə gətirib. Onun sələfi, hazırda hakim Mühafizəkarlar Partiyasının sıravi deputatı olan Tereza Mey də baş nazirə qarşı  kəskin açıqlamalar verib.