Boris Consonun koronavirus testinin nəticəsi açıqlandı

boris-consonun-koronavirus-testinin-neticesi-aciqlandi
Oxunma sayı: 2422

Böyük Britaniyanın Baş Naziri Boris Consonun xəstəxanadan buraxılmazdan əvvəl keçdiyi koronavirus testinin nəticəsi neqativ çıxıb.

“Qafqazinfo” İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Nazirin sözçüsü açıqlama verib. Consonun yaxın zamanda vəzifə başına qayıdaraq fəaliyyətinə davam edəcəyi bildirilib.

Qeyd edək ki, Boris Consonun koronavirusa görə müalicə alması səbəbilə Britaniya hökümətinə müvəqqəti olaraq Xarici İşlər naziri Dominik Raab rəhbərlik edirdi.