Boris Consonun səhhətindən yeni xəbər

boris-consonun-sehhetinden-yeni-xeber
Oxunma sayı: 3735

Böyük Britaniyanın koronavirus səbəbindən reanimasiyaya yerləşdirilən Baş Naziri Boris Consonun səhhəti yaxşılaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Siyasətçinin müalicəyə reaksiya verdiyi və vəziyyətinin stabil olduğu qeyd edilib. Consonun əhvalı yüksəkdir və aparata qoşulmadan sərbəst nəfəs ala bilir. O, işləməsə də, bəzi hökumət üzvləri ilə daimi əlaqədədir.

Qeyd edək ki, hazırda Britaniya hökumətinə müvəqqəti olaraq XİN rəhbəri Dominik Raab başçılıq edir.