Boris Consonun vəziyyəti necədir?

boris-consonun-veziyyeti-necedir
Oxunma sayı: 1510

Koronavirusa yoluxan İngiltərənin Baş naziri Boris Consonun vəziyyəti stabildir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumatda Baş Nazirin vəziyyətinin stabil, əhvalının yaxşı olduğu və oksigen terapiyasına davam etdiyi qeyd olunub.

Xatırladaq ki, koronavirus testinin nəticəsi pozitiv çıxan Boris Conson simptomların 1 həftədən çox davam etməsi səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.