Rusiyalı siyasətçi Boris Nemtsovun 19 yaşlı qızı Dina Nemtsova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Dinanın ilk toyu 2020-ci ilin avqustunda olub. O, uşaqlıq dostu Dmitri Matevosov ilə ailə həyatı qurmuşdu. Lakin gənc qız 2021-ci ilin yazında boşandığını açıqlayıb.
Dina boşandıqdan sonra şəxsi həyatı barədə daha az məlumat paylaşmağa başlasa da, sosial şəbəkələrdə gənc bir şəxslə tanış olduğunu və onu çox bəyəndiyini qeyd edib.
Rusiya mətbuatı Dinanın hazırda növbəti dəfə ailə həyatı qurmağa hazırlaşdığını yazır. Belə ki, o, öz sosial şəbəkə hesabında foto paylaşıb və sözügedən fotodan barmağında nişan üzüyünün olduğu məlum olub. Onun nişanlısının şəxsiyyəti isə açıqlanmayıb.
Qeyd edək ki, Boris Nemtsov müxtəlif vaxtlarda energetika naziri və Baş nazirin birinci müavini vəzifələrini icra edib.
55 yaşlı siyasətçi 2015-ci ilin fevralın 27-də ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilib.
2017-ci ilin iyununda Nemtsovun qətlinə görə 5 çeçen həbs edilib və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf ediblər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir.
Fotoda Boris Nemtsov
.jpg)







Son xəbərlər
Son Xəbərlər