Boris Pistorius Almaniyanın yeni müdafiə naziri oldu

boris-pistorius-almaniyanin-yeni-mudafie-naziri-oldu
Oxunma sayı: 1347

Boris Pistorius rəsmi olaraq Almaniyanın müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, bu gün Almaniya Bundestaqında and içib.

Məlumata görə, Bundestaq qarşısında and içən nazir rəsmi olaraq vəzifəyə başlamış hesab edilir.

Pistorius bu vəzifədə bir neçə gün əvvəl istefa verən Kristina Lambrexti əvəz edəcək.

Qeyd edək ki, B. Pistorius 2013-cü ildən etibarən ölkənin Aşağı Saksoniya vilayətinin daxili işlər və idman naziri olaraq çalışıb.