Borislav Mixaylov istefa verdi

borislav-mixaylov-istefa-verdi
Oxunma sayı: 2156

Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa verib.

"Qafqazinfo" xəbər verir ki, istefaya səbəb AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə matçı zamanı baş verən qalmaqal olub. Bundan başqa, qarşılaşma yerli azarkeşlərin irqçi davranışlarına görə iki dəfə dayandırılıb.

Qeyd edək ki, o, bu posta 2005-ci ildə gəlmişdi.