İngiltərənin “Bornmut” futbol klubu London “Arsenal”ının sabiq hücumçusu, dünya və Avropa çempionu Tyerri Anrini baş məşqçi vəzifəsinə dəvət etmək niyyətindədir.
Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.
Ceyson Tindellin işdən çıxarılmasından iki həftə sonra klubun rəhbərliyi bu vəzifəyə variantları nəzərdən keçirir və hazırda MLS-in “Monreal İmpakt” klubunun baş məşqçisi olan Anri ilə danışıqlar aparmağı planlaşdırır.
Bundan əvvəl 43 yaşlı fransız “Monako”da baş məşqçi kimi çalışıb və 2018-ci ildə keçirilən Dünya Çempionatında Belçika yığmasının məşqçi qərargahında köməkçi olub.
Son xəbərlər
Son Xəbərlər