Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Rusiyaya qarşı 13-cü sanksiyalar paketi fevralın 24-dək təsdiq edilməlidir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Brüsseldə Aİ Şurasının yeni sanksiyalar paketinin müzakirəsinə həsr olunmuş iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 13-cü sanksiyalar paketi Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü məsələsinə aid olacaq.
“Biz indi 13-cü sanksiyalar paketini, xüsusən də pilotsuz təyyarələrlə bağlı qəbul etmək yolundayıq”, - o vurğulayıb. Berbok qeyd edib ki, paket demək olar ki, razılaşdırılıb. Onun fevralın 24-dək təqdim ediləcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər