Estoniyanın Baş naziri Kaya Kallas Avropa Parlamentinə qarşıdan gələn seçkilərdən sonra Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrelli vəzifəsində əvəz edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin məlumatına görə, Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri və Roberta Metsola Avropa Parlamentinin sədri vəzifəsini davam etdirəcək, Danimarkanın Baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunu qoruyacaq. Kaya Kallas müvafiq olaraq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini alacaq.
“Politico” qeyd edir ki, vəzifələrin bu bölgüsü coğrafi mövqe ilə əlaqədardır, burada məmurların hər biri Avropanın müəyyən coğrafi hissəsini təmsil edəcək.
Son xəbərlər
Son Xəbərlər