“Qafqazinfo” xəbər verir ki, “Borusiya” İtaliyanın “Torino” klubunda oynayan Çiro İmmobile ilə razılığa gəlib. Bu barədə futbolçu özü məlumat verib. Yenicə başa çatan mövsümdə 22 qolla “A seriya”sında bombardir olan İmmobile yeni komandasının “Borusiya Dortmund” olacağını deyib: “Artıq yeni mövsümdən etibarən “Borusiya”da oynayacağam. Bunun rəsmiləşməsi üçün sadəcə bir imzam çatmır”
İqbal
Son xəbərlər
Son Xəbərlər