Almaniyanın “Borussiya” Dortmund klubu futbolçusu Marko Roysla müqavilənin müddətini artırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.
Məlumata əsasən, 28 yaşlı yarımmüdafiəçinin 2023-cü ilin iyun ayına qədər müqavilənin müddətini uzadıb.
Xatırladaq ki, Almaniya millisinin üzvü 2012-ci ildən Dortmunt “Borusiyya”sında çıxış edir. O, indiyə kimi iki dəfə Almaniya superkubokunu, bir dəfə isə ölkə kubokunu qazanıb.


Son xəbərlər
Son Xəbərlər