“Borussiya” Edin Terziçlə yollarını ayırdı

borussiya-edin-terzicle-yollarini-ayirdi
Oxunma sayı: 2285

“Borussiya” (Dortmund) baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsi məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, Edin Terziç 2022-ci ildə “Borussiya”nın baş məşqçisi postuna gətirilmişdi. O, Dortmund təmsilçisi ilə Almaniya ikincisi və UEFA Çempionlar Liqasının ikincisi olub.