Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Fərman Eminovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə F. Eminov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sabunçu qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Fərman Eminov qonşusu, 1980-ci il təvəllüdlü Elməddin Əmənovu bıçaqlayaraq öldürüb. Davaya E.Əmənovun F.Eminovun həyətinə gedən su borusunu kəsməsi səbəb olub. Hadisəni törədən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər