Boş yerlərə və kolleclərə qəbulun nəticələri açıqlandı

Boş yerlərə və kolleclərə qəbulun nəticələri açıqlandı
Oxunma sayı: 1051

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

DİM abituriyentlərə tövsiyə edib ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi