Boşandığı arvadını öldürüb, özü intihara cəhd etdi

bosandigi-arvadini-oldurub-ozu-intihara-cehd-etdi
Oxunma sayı: 1128


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 3-də paytaxtın Nərimanov rayonu ərazisində yaşayan Nübar Muradovanın evinə gələn keçmiş əri, əvvəllər məhkum olunan Qurban Kazımov münaqişə zəminində ona və özünə bıçaqla xəsarət yetirib. N.Muradova hadisə yerində ölüb Q.Kazımov xəstəxanaya yerləşdirilib.

Araşdırmalar aparılır.

Murad Əhməd