Boşandığı arvadını yandıran şəxsə - 10 il istənildi

bosandigi-arvadini-yandiran-sexse-
Oxunma sayı: 1353

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandırmaqda təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə C.Zeynalova cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Ceyhun Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə prosesi fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il oktyabr ayında Mərdəkan qəsəbəsində yerləşən “Şam Bağı” restoranının yaxınlığında baş verib. Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. A.Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub. Onun həyatını xilas etmək mümkün olub.

Murad Əhməd