“Boşandıq, çox xoşbəxtəm” - Bingöl

bosandiq-cox-xosbextem-
Oxunma sayı: 2846

Aprelin 15-də müğənni həyat yoldaşı Öykü Gürmandan boşanan türkiyəli sənətçi Yavuz Bingöl bununla bağlı açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni sevdiyi qadından ayrılmasına baxmayaraq xoşbəxt olduğunu söyləyib.

“Həyatımda hər şey qaydasındadır. Gördüyünüz kimi çox xoşbəxtəm”, - deyə Bingöl bildirib.

Xatırladaq ki, cütlük 3 il sevgili olduqdan sonra 2015-ci ildə ailə həyatı qurmuşdu.