Boşandıqlarını elan etdilər

bosandiqlarini-elan-etdiler
Oxunma sayı: 1135

“Girls” serialı ilə populyarlaşan aktrisa Allison Williams və aktyor Ricky Van Veen boşanıb.  “Qafqazinfo” xəbər verir ki, məşhur cütlük bu barədə mətbuata açıqlama yayıblar. 

Onlar dörd illik evlilik həyatına son qoyduqlarını elan ediblər: “Biz fərqli xarakterə sahib insanlarıq. Qarşılıqlı sevgi və hörmətlə yollarımızı ayırmaq qərarına gəldik. Aramızda dostluq münasibəti davam edəcək”.