Boşanma qərarına səbəb futbol imiş...

bosanma-qerarina-sebeb-futbol-imis
Oxunma sayı: 2945

Xəbər verdiyimiz kimi, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra ayrılıb.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, onların boşanma qərarı ilə bağlı iddia yayılıb.

İddiaya əsasən, cütlüyün yollarını ayırmasına səbəb Qvardiolanın İngiltərə klubu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq qərarı olub. Bundan sonra Serra boşanmaq istədiyini dilə gətirib. O, həyat yoldaşını futbolu münasibətlərindən üstün tutmaqda günahlandırıb.

Qeyd edək ki, müqavilə mövsümün sonunda başa çatmalı idi, lakin Qvardiola ötən ilin noyabrında iki illik uzadılması barədə şərtlərlə razılaşıb.

Xatırladaq ki, Qvardiola və Kristinanın münasibəti 1994-cü ildə Pep “Barselona”da oynadığı vaxt başlayıb. 2014-cü ildə isə onlar münasibətlərini rəsmiləşdirməyə qərar verərək Matadepera bölgəsində evləniblər. Onların bu evlilikdən Mariya (24), Marius (22) və Valentina (17) adlı üç uşaqları var.